20.09.2024, 08:38
AZ EN
08.08.2024, 10:00 227

Mehriban Əliyeva Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Qaşım Maqomedovu təbrik edib

XƏBƏRLƏR
  • Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi Instagram hesabında taekvondoçu Qaşım Maqomedovun Olimpiadada gümüş medal qazanması ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir:

"Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, taekvondoçu Qaşım Maqomedovu səmimi-qəlbdən təbrik edirəm! Gərgin əməyinə, yenilməz iradəsinə və qələbə əzminə görə idmançımıza təşəkkür edir, ona möhkəm cansağlığı və yeni-yeni nailiyyətlər arzulayıram!".

Oxşar xəbərlər

SON XƏBƏRLƏR