16.04.2025, 14:04
AZ EN
23.05.2023, 21:00 350

Prezident İlham Əliyevə 28 May - Müstəqillik Günü münasibətilə təbriklər gəlməkdə davam edir

XƏBƏRLƏR
  • İspaniyanın Kralı VI Felipe 28 May - Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

"Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə öz adımdan, İspaniya hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, istəkli Azərbaycan xalqına isə sülh və rifah arzu edirəm".

XXX

Peru Respublikasının Prezidenti Dina Ersilia Boluarte Zeqarra Prezident İlham Əliyevə məktub göndərib.

Trend xəbər verir ki, məktubda deyilir:

"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Bu əlamətdar gündə Peru hökumətinin ölkələrimizin mənafeyi naminə həm ikitərəfli, həm də çoxtərəfli çərçivədə əlaqələrimizin genişləndirilməsini və möhkəmləndirilməsini davam etdirməkdə maraqlı olduğunu bir daha Zati-alinizin diqqətinə çatdırıram.

Azərbaycan Respublikasının əziz xalqına firavanlıq və tərəqqi arzulayır, fürsətdən istifadə edərək Sizə bir daha ən dərin hörmət və ehtiramımı bildirirəm".

XXX

Nikaraqua Respublikasının Prezidenti Daniel Orteqa Saavedra və Nikaraqua Respublikasının vitse-prezidenti Rosario Muriyo Prezident İlham Əliyevə məktub göndəriblər.

Trend xəbər verir ki, məktubda deyilir:

"Ölkənizin Müstəqillik Günü münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edir, ehtiramımızı, sevgimizi və qardaşlıq həmrəylimizi bildiririk. İnanırıq ki, birgə işləyərək ölkələrimizi dünyanın bütün xalqlarının arzuladığı daha yaxşı məkana çevirə bilərik.

Sizə dərin ehtiramımızı ifadə edirik. Əminik ki, xalqlarımızın rifahı naminə birgə səylərimizi bundan sonra da davam etdirəcəyik".

XXX

Qabon Respublikasının Prezidenti Ali Bonqo Ondimba Prezident İlham Əliyevə məktub göndərib.

Trend xəbər verir ki, məktubda deyilir:

"Sizə 28 May – Müstəqillik Günü münasibətilə Qabon xalqının, hökumətinin, eləcə də özümün səmimi təbriklərimi göndərməkdən böyük məmnunluq duyuram.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına firavanlıq arzularımı çatdırıram.

Bu xoş fürsət mənə Qabon ilə Azərbaycan arasında mövcud dostluq münasibətlərini xalqlarımızın mənafeyinə uyğun surətdə daha yüksək səviyyəyə çatdırmaq əzmində olduğumu ifadə etmək imkanı verir.

Cənab Prezident, yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

XXX

Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedev Prezident İlham Əliyevə məktub göndərib.

Trend xəbər verir ki, məktubda deyilir:

"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycan dünya birliyi dövlətləri ilə mehriban qonşuluq və qarşılıqlı faydalı münasibətlərin möhkəmləndirilməsinə yönələn dəyişməz kurs sayəsində layiqli nüfuz qazanıb, ardıcıl olaraq müstəqil xarici siyasət apararaq beynəlxalq münasibətlərin fəal subyektinə çevrilib.

Sizin rəhbərliyinizlə iqtisadiyyatda, sosial və ictimai-siyasi sahələrdə həyata keçirilən böyük dəyişikliklər ölkənin gələcək inkişafına və onun əhalisinin rifahının artmasına kömək edir.

Əminəm ki, MDB məkanında inteqrasiya məsələlərinə Sizin şəxsi diqqətiniz Birliyimizin iştirakçı-dövlətləri arasında strateji tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsinə bundan sonra da kömək olacaq.

Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, rifah və çoxşaxəli dövləti fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına isə əmin-amanlıq və tərəqqi arzulayıram".

XXX

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Prezident İlham Əliyevə məktub göndərib.

Trend xəbər verir ki, məktubda deyilir:

"İcazə verin, Sizə hörmət və ehtiramımı bildirərək, Zati-alinizi ölkənizin Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edim.

Bu bayram öz ölkəsini sevən, onun tarixinə və qədim ənənələrinə hörmət bəsləyən və layiqli gələcəyi naminə çalışan Azərbaycan Respublikasının bütün vətəndaşlarını birləşdirir.

Bu əlamətdar gündə Sizə və Azərbaycan Respublikasının bütün vətəndaşlarına möhkəm cansağlığı, səadət, firavanlıq və doğma Vətənin rifahı naminə işlərində yeni-yeni nailiyyətlər arzulayıram.

Azərbaycan Respublikası qarşılıqlı fəaliyyətin bütün istiqamətləri üzrə, o cümlədən regionlararası səviyyədə Rusiya Federasiyasının həmişə strateji tərəfdaşı olub və olmaqda davam edir. Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında mövcud olan dostluq əlaqələrini yüksək dəyərləndirir və çoxplanlı qarşılıqlı təmasların möhkəmləndirilməsinə göstərdiyiniz dəstəyə görə Sizə səmimi minnətdarlığımı bildirirəm".

XXX

Mərakeşin Kralı VI Məhəmməd Prezident İlham Əliyevə məktub göndərib.

Trend xəbər verir ki, məktubda deyilir:

"Azərbaycan Respublikası özünün Müstəqillik Gününü qeyd etdiyi bir vaxtda Zati-alinizə şəxsən öz adımdan və Mərakeş xalqı adından ən səmimi təbriklərimizi, möhkəm cansağlığı və xoşbəxtlik arzularımızı çatdırmaqdan böyük məmnunluq duyuram. Həmçinin Sizin müdrik rəhbərliyinizlə Azərbaycan xalqına daha böyük inkişaf və tərəqqi arzulayıram.

Zati-aliləri, əminəm ki, xalqlarımızın qarşılıqlı rifahı naminə ölkələrimiz arasında mövcud olan sıx qardaşlıq əlaqələrini möhkəmləndirməkdə, əməkdaşlığımızı bütün sahələrdə inkişaf etdirməkdə Siz də mənim qədər maraqlısınız".

XXX

Gürcüstanın Azərbaycandakı sabiq səfiri Zurab Qumberidze Prezident İlham Əliyevə məktub göndərib.

Trend xəbər verir ki, məktubda deyilir:

"Mən, ilk növbədə, Azərbaycan xalqına və şəxsən Sizə dərin ehtiramımı bildirirəm. Hamıya məlumdur ki, 2023-cü il Azərbaycanın möhtərəm sabiq Prezidenti, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Heydər Əliyev İli” elan olunmuşdur.

Görkəmli dövlət xadimi Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının tərəqqisinə, onun siyasi və iqtisadi inkişafına, həmçinin Azərbaycan xalqının əmin-amanlığının, firavanlığının təmin olunmasına mühüm və əvəzsiz töhfələr vermişdir.

Onun Cənubi Qafqaz regionunun inkişafında, xüsusilə Azərbaycan və gürcü xalqları arasında dostluq əlaqələrinin möhkəmlənməsində, ölkələrimizin ikitərəfli münasibətlərinin genişlənməsində mühüm rolu hamıya yaxşı məlumdur. Heydər Əliyevin xidmətləri tarixin səhifələrində və nəsillərin yaddaşında əbədi qalacaqdır.

Mən Prezident Heydər Əliyevin rəhbərliyi dövründə Gürcüstanın Azərbaycandakı səfiri vəzifəsində işləmək kimi böyük şərəfə nail olmuşam. Həmçinin həmin illərdə mən o dahi insanın rəhbərliyi ilə mühüm beynəlxalq layihələrdə fəal iştirak imkanı əldə etmişəm". ("Trend")

Oxşar xəbərlər