Bunu Füzulidə jurnalistlərə açıqlamasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.
O qeyd edib ki, hazırda azad olunan Qarabağ və Şərqi Zəngəzur torpaqlarında Azərbaycan dövləti tərəfindən böyük tikinti-quruculuq işləri aparılır: “30 il ərzində mənfur düşmənin yerlə-yeksan etdiyi bu torpaqların bərpası Azərbaycan dövləti tərəfindən heç bir beynəlxalq qurumdan maliyyə dəstəyi almadan uğurla həyata keçirilir. Necə ki, dövlətimiz 44 günlük müharibədə öz gücünü göstərdi, indi də tikinti meydanında öz sözünü deyir. Analoqu olmayan bu layihə isə Qazaxıstanın Azərbaycan xalqına hədiyyəsidir”.
Qeyd edək ki, 2022-ci il avqustun 24-də Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstanın “Bİ-Group” Holdinqi tərəfindən Füzuli şəhərində uşaqlar üçün inşa ediləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi ilə tanış olublar. (AZƏRTAC)