22.06.2025, 20:01
AZ EN
17.11.2022, 07:15 414

İşğaldan azad edilən ərazilərdə 2026-cı ilədək qazpaylayıcı şəbəkə qurulacaq

QARABAĞ
  • İşğaldan azad edilən ərazilərdə 2026-cı ilədək qaz təchizatı məqsədilə paylayıcı şəbəkə qurulacaq.

Bu, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda əksini tapıb.

Tədbirlər Planına əsasən, 2022-2026-cı illərdə ərazi planlaşdırma sənədlərinə uyğun olaraq Şuşa, Xocavənd, Ağdam, Füzuli, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər və Xocalı rayonlarının yaşayış məntəqələrində qaz paylayıcı şəbəkənin qurulması nəzərdə tutulur.

Oxşar xəbərlər