10.02.2026, 19:19
AZ EN
10.02.2026, 17:24 38

Şuşadakı Qız məktəbi təmir olunacaq

QARABAĞ
  • Şuşa şəhərindəki Dəmir yumruq küçəsi, giriş-56 ünvanda yerləşən Qız məktəbinin əsaslı təmir işlərinin satınalınması üzrə elan edilmiş tenderin nəticəsi açıqlanıb.

"Vətən səsi" xəbər verir ki,  "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi"nin keçirdiyi tenderin qalibi "Babayev Group Company" MMC  olub. Müqavilənin ümumi dəyəri 1 milyon 750 min manat təşkil edir. Tender elanında satınalmanın ehtimal olunan qiymət isə bundan xeyli baha, 2 milyon 316 min manat idi.

Xatırladaq ki, "Babayev Group Company" MMC bundan əvvəl Dövlət Sərhəd Xidməti tərəfindən elan edilən tenderin də qalibi olub. Şirkət həmin qurumun tabeliyindəki hərbi hissələrin ərazisinin abadlaşdırılması xidməti üzrə 7 milyon 326 min 620 manat dəyərində müqavilə imzalamışdı.

Elxan SALAHOV

Oxşar xəbərlər