"Vətən səsi" xəbər verir ki, "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin bununla bağlı elan etdiyi tenderə yekun vurulub. Tenderin nəticələrinə əsasən, "Araz İnşaatçı" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) qalib seçilib. Həmin şirkətlə sifarişçi arasında satınalmaya dair müqavilə də imzalanıb. Müqavilənin şərtlərinə əsasən, "Araz İnşaatçı" MMC Ağdərə rayonunun Çıldıran kəndində 30 fərdi yaşayış evi təmir edəcək. Bunun əvəzində sifarişçi tərəf görüləcək işlərə görə şirkətə 1 milyon 819 min 456,51 manat xidməthaqqı ödəyəcək.
Elxan SALAHOV