09.10.2025, 07:50
AZ EN
18.09.2025, 12:55 162

Füzuli şəhərində daha bir məhəllənin tikintisinə başlanır

QARABAĞ
  • İşğaldan azad olunandan sonra "Böyük qayıdış"ın ilk ünvanlarından sayılan Füzuli şəhərində daha bir yaşayış məhəlləsinin tikintisinə hazırlıq görülür.

Vətən səsi" xəbər verir ki, tikintiyə hazırlıq mərhələsi çərçivəsində həmin ərazidə söküntü işlərini həyata keçiriləcək şirkətlərin seçiminə başlanır.Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxs bununla bağlı açıq müsabiqə elan edib. Bildirilir ki, Füzuli şəhərinin 3 nömrəli yaşayış məhəlləsində söküntü işləri”nin satın alınmasına dair müsabiqədə bu sahədə təcrübəsi olan tikinti şirkətləri iştirak edə bilər. Layihənin ehtimal olunan qiyməti 137 min 691 manat 75 qəpikdir. Tenderdə iştirak etmək istəyən şirkətlər öz təkliflərin oktyabrın 10-dək müsabiqə komissiyasına təqdim etməlidir.

Xatırladaq ki, Füzuli şəhərində tikintisnə başlanılan yeni yaşayış kompleksi çoxfunksiyalı zonada yerləşən iki ərazidə inşa olunacaq. Kompleksin inşası üçün 12 hektardan çox torpaq sahəsi ayrılıb. Burada tikiləcək 863 mənzildə 3022 nəfərin yaşaması nəzərdə tutulub. Mənzillərin 18-i birotaqlı, 276-sı ikiotaqlı, 370-i üçotaqlı, 199-u dördotaqlı olacaq.

Binaların altında qeyri-yaşayış sahələri, eləcə də həyətdə istirahət meydançası, velosiped və yerüstü avtomobil dayanacaqları inşa ediləcək. Kompleksdəki binalar daimi su, elektrik təchizatı və yüksəksürətli internetlə təmin olunacaq. İstilik və isti su təchizatı mərkəzləşdirilmiş qazanxana sistemi ilə həyata keçiriləcək. Binaların inşasında istilik tutumlu təbii materiallardan istifadə olunacaq.

Elxan SALAHOV

Oxşar xəbərlər