09.10.2025, 10:28
AZ EN
17.09.2025, 10:21 152

“Böyük Qayıdış və reinteqrasiya” ilə bağlı qanun layihəsinin müzakirəsi nəzərdə tutulur

QARABAĞ
  • Yaxın aylarda Milli Məclisdə "Böyük Qayıdış"la bağlı ictimai dinləmə təşkil ediləcək.

Xəbər verdiyimiz kimi, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin 2025-ci il payız sessiyası üçün iş planında əksini tapıb. Beynəlxalq insan haqları  və hüquq-müdafiə təşkilatlarının nümayəndələrinin də iştirak edəcəyi dinləmələrdə “Böyük Qayıdış”la bağlı Azərbaycanın təcrübəsi öyrəniləcək, bu sahədə atılan addımlar müzakirə olunacaq.

Bundan başqa, parlamentin payız sessiyasının iş planına işğaldan azad edilmiş ərazilərlə bağlı “Böyük Qayıdış və reinteqrasiya” ilə bağlı qanun layihəsinin müzakirəsi də daxil edilib. Sessiya müddətində həmin layihə ətrafında da dinləmələrin keçirilməsi nəzərdə tutulur.

Elxan SALAHOV

 

Oxşar xəbərlər