22.06.2025, 21:32
AZ EN
10.10.2022, 10:10 445

Azad olunmuş ərazilərdə müasir enerji təchizatı sistemi qurulur

QARABAĞ

Azərbaycan dövlətinin qarşısında iki il əvvələdək ən mühüm məqsəd Qarabağın işğaldan azad olunması idi. Bu missiya uğurla tamamlandı. İndi azad Qarabağın, Şərqi Zəngəzurun abadlaşdırılması mərhələsindəyik. Azad edilmiş ərazilərdə  infrastruktur yenilənir,  müasir və ağıllı kəndlər qurulur,  minalar binalarla əvəzlənir.  “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Şuşada tikilib istifadəyə verilən rəqəmsal idarəetmə mərkəzinin binası da Füzuli və Hadrutda tikintisi davam edən yarımstansiyaları və rəqəmsal idarəetmə mərkəzinin binaları da bu qəbildəndir.

Azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri sürətlə davam edir. Füzuli rayonunda rəqəmsal yarımstansiya və idarəetmə mərkəzinin təməli ötən ilin oktyabrın 17-də Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva  tərəfindən qoyulmuşdur.

Sözügedən yarımstansiya qapalı tiplidir və bu yarımstansiya əməliyyatlar məsafədən həyata keçirildiyinə görə daimi heyətə ehtiyac yoxdur.  Bərpa olunan energi mənbələri şəbəkəyə reinteqrasiya avtomatik şəkildə edilir və buna görə də sözügedən rəqəmsal yarımstansiyada elektrik enerjisinin təchizatında heç bir fasilə  yaranmayacaq.

Fərid Zalıyev, “Azərenerji” ABC-nın Texnoloji İnnovasiyalar və Beyin Mərkəzinin müdiri:

-Füzuli rəqəmsal yarımstansiyası idarəetmə mərkəzi bildiyimiz kimi Prezidentin işğaldan azad olunmuş  ərazilərdə yaşıl enerji zonalarının bərpası layihəsi çərçivəsi əsasında həyata keçirilmişdir və bunun əsas məqsədi ondan ibarətdir ki,   bütün məmulatlar rəqəmsaldır. Bundan əlavə 35.04 kilovatlıq şəbəkədə istifadə olunur və bu dərin girişli iki pilləli şəbəkədir ki, bunun  ənənəvi bizim şəbəkələrdən fərqi nədir, fərqi odur ki,  biz 10 kilovotluq şəbəkələrdən artıq istifadə etmirik və buna həm qənaət, həm saxlanılması, həm emalı xərcləri, həm də təmiri xərcləri aradan qaldırılır.

Araz Məmmədov,  “Azərışıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru:

-“Azərişıq” Füzulidə, Hadrutda və Şuşada rəqəmsal yarımstansiyalar tikir. Gələcəkdə əhali artımını, tələbat artımını nəzərə alaraq digər belə rəqəmsal yarımstansiyaların da tikintisi nəzərdə tutulub.  Rəqəmsal yarımstansiyanın ənənəvi yarımstansiyalardan fərqi ondan ibarətdir ki, bu yarımstansiyaların əməliyyat çevikliyi çox yüksəkdir,istənilən məlumatlar rəqəmsal formatda alınır və ümumi vahid rəqəmsal platforma inteqrasiyası  asanlaşır.

Rəqəmsal İdarəetmə Mərkəzi qovşaq yarımstansiyanın bütün istiqamətlərdə enerji ötürmələrini və  qəvul etmələrini rəqəmsal formada idarə etmək üçün əlverişli bir mühit yaradır və rəqəmsal trasformasiyası üçün də bir zəmin yaradır.

Füzulinin ardınca “Azərişıq” Hadrutdakı iki ədəd 1600 kilovat gücündə yeni Hadrut qovşaq yarımstansiyası və rəqəmsal idarəetmə mərkəzinin tikintisi də davam edir. Bu yarımstansiya 2021-ci ildə oktyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təməli qoyulub. Qeyd edək ki, sözügedən yarımstansiya Hadrutdakı yerli infrastrukturla yanaşı, həmçinin  Şuşanın, Xocavəndin digər ərazilərinin və eləcə də Cəbrayıl, Qubadlı və Zəngilanın  yerli infrastrukturunun enerji təchizatını ödəmək imkanına malik olacaq.

Vaqif Aydınoğlu, “Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri:

-Rəqəmsal idarəetmə mərkəzi və yaxud eska 11 dediyimiz şəbəkənin idarəetmə mərkəzinin əsas üstünlükləri  ondan ibarətdir ki, operatorlar vasitəsilə bütövlükdə şəbəkə görülür, axan elektrik enerjisi görülür, nəinki gönünür ona nəzarət də edilir, eyni zamanda bu sistem vasitəsilə idarə olunur. Hər hansı bir hissədə qəzadan öncə qızma halı baş verərsə, dərhal sistem onu aşkarlayır, qəza xidməti dərhal müdaxilə eləyir və yeni qurulmuş dairəvi sxemə əsaslandığı üçün  abonent artıq hər hansı bir fasilə ilə üzləşmir. Dərhal alternativ xətt qoşulur.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər