"Vətən səsi" xəbər verir ki, bu barədə "2026-2029-cu illər üzrə ortamüddətli büdcə çərçivəsi"ndə qeyd olunur. Sənədə əsasən, qarşıdakı 5 ildə Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma, habelə keçmiş məcburi köçkünlərin həmin ərazilərə köçürülməsinə ayrılan xərclər dövlət büdcəsinin əsaslı xərclərinin təxminən 30 daizini təşkil edəcək.
Xatırladaq ki, ümumilikdə 2020-2024-cü illərdə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən cəmi 17,6 milyard manat, o cümlədən 2024-cü ildə 5,3 milyard manat vəsait ayrılıb, 2025-ci ildə bu məqsədə 4,0 milyard manat vəsait nəzərdə tutulub.
Elxan SALAHOV