"Vətən səsi" xəbər verir ki, hazırda bərpa və yenidənqurma işlərinin intensiv xarakter aldığı və pərpa planına uyğun olaraq daimi məskunlaşmanın aparıldığı həmin ərazilərdə təmizlik və abadlıq işlərini “Mint Services” MMC həyata keçirəcək. Həmin şirkət Xankəndi Şəhərində, Ağdərə və Xocalı Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin keçirdiyi tender əsasında seçilib. “Xankəndi şəhərinin, Ağdərə və Xocalı rayonlarının baxımı, həyətyanı sahə, prospekt, küçə, park və meydançaların təmizlənməsi, işıqlandırılması, həmçinin yaşıllıq sahələrinin salınması və qulluq” tenderinin qalibi elan edilən “Mint Services” MMC-yə həmin işlərin görülməsi üçün 2 milyon 989 min 889 manat ayrılıb. Artıq sifarişçi qurumla şirkət arasında Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında təmizlik və abadlıq işlərinin görülməsinə dair müqavilə də imzalanıb.
Elxan SALAHOV