“Mister Decor” MMC-nin direktoru Əli Əliyev bildirib ki, müəssisənin tikintisinin 80 faizindən çoxu icra olunub. Tezliklə avadanlıqlar sifariş ediləcək. Məhsul istehsalına 2025-ci ilin axırında başlamaq nəzərdə tutulur. Müəssisənin illik istehsal həcmi 1,5 milyon kvadratmetrdir. Burada 80 nəfərin işlə təmin olunması planlaşdırılır.
Əli Əliyev qeyd edib ki, karbonat-kalsium və PVC məhlulu qarışığından hazırlanmış döşəmələr yanmaya, nəmişliyə dözümlüdür və tam gigiyenik məhsuldur. “Ölkəmizdə bu məhsullara tələbat var. SPC döşəmələr respublikamıza əsasən Çindən, Rusiyadan və Hindistandan idxal olunur. Daşınma xərcləri çox olduğu üçün geniş yayılmayıb. Məqsədimiz yeni nəsil döşəmələrlə ölkə bazarını təmin etməkdir”, - deyə Ə.Əliyev bildirib. (AZƏRTAC)