22.06.2025, 18:09
AZ EN
28.11.2024, 08:15 298

Azad olunan rayonlarımızda bərpa quruculuq işləri sürətlə davam edir

QARABAĞ
  • Qələbəndən sonra işğaldan azad olunan rayonlarımızda bərpa quruculuq işləri, eləcə də tikinti işləri yüksək sürətlə davam edir.

Bunu Xəzər xəbərə müsahibəsində Ağdam, Füzuli və Xocavənd rayonlarında bərpa, tikinti və idarəetmə xidmətinin mətbuat katibi Leyla Sarabi bildirib.

Hazırda Ağdam şəhərində 5 yaşayış məhəlləsinin tikintisi üzrə işlər görülməkdədir, hər 5 yaşayış məhəlləsində söküntü və şaquli planlama işləri tamamlanmışdır, ikinci yaşayış məhəlləsində isə 11 kvartal üzrə 1268 mənzilin tikintisi davam etməkdədir. Eləcə də Ağdamın üç kəndində Sarıcalı, Xıdırlı və Kəngərli kəndlərində tikinti yüksək sürətlə davam edir. Bu kəndlərdə - Sarıcalıda 203, Kəngərlidə 292, Xıdırlıda isə 719 fərdi evin tikintisi davam edir.  Baş Qərvənd kəndində də söküntü və şaquli planlama işlərin çox hissəsi tamamlanıb. Bu kənd ağıllı kənd layihəsi olaraq inşa olunacaq, Azərbaycan respublikasının vəsaiti hesabına tikiləcək, slovokiyalı mühəndislər və mütəxəssislər tərəfindən burda ağıllı həllər icra olunacaq. Xatırladaq ki, kəndin ümumu sahəsi 476 hektardı və bu kəndin ərazisi sıfırdan bərpa olunacaq, tikiləcək və qurulacaq. İlkin mərhələdə isə 275 ha ərazidə 851 fərdi evin tikintisi planlaşdırılır.

Qeyd edilən hər üç kənddə fərdi yaşayış evləriylə yanaşı məktəblər, uşaq bağçaları, klub icma mərkəzləri, bayraq meydanı, bazar kompleksləri, məişət xidməti obyektləri, ailə sağlamlıq mərkəzləri, qəbristanlıqlar, emalatxanalar,  inzibati binalar və digər iaşə obyektlərin də tikintisi getməkdədir.

Eyni zamanda  Ağdam şəhərində işğal və zəfər muzeyləri kompleksi də yaradılır. Kompleks işğal muzeyindən başlayacaq və zəfər muzeyi ilə başa çatacaq. Onların arasında isə Xatirə bağı yerləşəcək. Ərazidə dağıntılar olduğu kimi saxlanılacaq. Elm və Təhsil Nazirliyi tərəfindən inşa edilən 1 nömrəli məktəb və uşaq bağçasının inşası demək olar ki yekunlaşıb  və son tamamlama işləri gedir.

Hazırladı: Günel QULİYEVA

Oxşar xəbərlər