Ümumilikdə isə Ağdam şəhərində 11 məhəllə salınacaq. Hazırda şəhərdə infrastrukturun qurulması yekun mərhələsindədir. Yenidən çəkilən yollar, elektrik, kommunikasiya xətləri bütün şəhəri əhatə edir. Paralel olaraq yaşayəş evləri inşa olunur.
Ağdam, Füzuli və Xocavənd rayonlarında bərpa, tikinti və idarəetmə xidmətinin mətbuat katibi, Leyla Sarabi:
-1-3-5-ci fazalar üzrə artıq yaşayış və qeyri-yaşayış binalarının layihələndirmə işləri davam edir. Həmçinin hər 5 yaşayış fazası üzrə baş plana görə artıq şaquli planlama və söküntü işləri tamamlanmışdır. Eləcə də nəzərinizə çatdıraq ki, bu ərazilərdə iaşə obyektlərinin tikintisi də icra olunacaq.
Bu ərazilərdə məktəb, baxça, klub-icma mərkəzi, bayraq meydanı, ailə sağlamlıq meydanı, kənd bazarı və digər iaşə obyektlərinin tikintisi də davam etməkdədir. Kənddə evlər hazır olduqdan sonra burda alternativ enerji mənbələrindən də geniş istifadə olunacaq.
Qeyd edək ki, Ağdam şəhərinin ilk məhəlləsinin tikintisi ilə yanaşı, 3 kəndin yenidən qurulması da davam edir. Bunlar- Sarıcalı, Kəngərli və Xıdırlı kəndləridir. Hazırda Sarıcalıda 203, Kəngərlidə 292, Xıdırlıda isə 719 fərdi yaşayış evi inşa edilir.
Yeni inşa olunan fərdi yaşayış evləri tam təmirli vəziyyətdə, mətbəxləri isə zəruri avadanlıqla təmin olunmuş qaydada sahiblərinə təhvil veriləcək.
Yaxın zamanlarda Baş Qərvənd kəndinin də tikintisinə başlanılacaq. Bu kənd Azərbaycanın vəsaiti hesabına Slovakiyanın mütəxəssisləri və mühəndisləri tərəfindən Ağıllı həllər konsepsiyasına uyğun qurulacaq.
Leyla Sarabi:
-Birinci fazada 275 hektar ərazidə 851 fərdi evin tikintisi nəzərdə tutulur.Eləcə də Ağıllı həllər həyta keçiriləcək kənddə. Buna misal olaraq, tullantıların utivizasiyası, kanalizasiya, təmizləyici qurğuların quraşdırılması, təbii məhsullardan evlər tikiləcək və bu evlərdə smart texnologiyalar tətbiq olunacaq. Həmçinin digər innovativ həllər, innovativ layihələrin də bu kənddə gələcəkdə icra olunması mümkündür.
Daha bir müjdəli xəbər isə Ağdamın məşhur Çay evi ilə bağlıdır. Belə ki, Ağdam şəhərində yeni salınacaq Mərkəzi Parkda Çay evi də yer alacaq. Mərhələli və pralel qaydada icra olunan bütün tikinti-quruculuq işlərinin müəyyələndirilmiş zamanda yekunlaşdırılması nəzərdə tutulur.
Hazırladı: Tahirə AĞAMİRZƏ