"Vətən səsi" xəbər verir ki, nazirliyin təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi həmin təhsil və tərbiyə ocaqlarının təmir işləri ilə bağlı elan etdiyi 4 tenderə yekun vurub. Tenderin nəticələrinə əsasən, hər iki şəhərdə məskunlaşmanın birinci mərhələsində fəaliyyətə başlayacaq. məktəb və uşaq bağçalarının təmiri və yenidən qurulması “Ideal TM” QSC-yə həvalə edilib. Bunun üçün sifarişçi tərəf qalib şirkətə ümumilikdə 2 milyon 200 min manat ödəyəcək. Həmin vəsaitin 270 min manatı Xocalı şəhər körpələr evi- uşaq bağçasının, 730 min manatı tam orta məktəbin, 460 min manatı Xankəndi şəhəri Kərkicahan qəsəbəsində körpələr evi-uşaq bağçasının, 740 min manatı Kərkicahanda 624 şagird yerlik tam orta məktəb binasının əsaslı təmirinə sərf olunacaq.
Elxan SALAHOV