Bunu bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Şuşadakı "ASAN xidmət" mərkəzinin xidmətlərindən həm Şuşa, həm də Xankəndi sakinləri istifadə edə biləcək.
"Ümumilikdə azad olunmuş ərazilərdə, Ağdam, Cəbrayıl, Laçın və Şuşa olmaqla, 4 regional "ASAN xidmət" mərkəzi fəaliyyət göstərəcək", - sədr əlavə edib. (Trend)