18.10.2024, 06:43
AZ EN
27.12.2023, 11:43 314

İşğaldan azad edilən ərazilərdə yeni su anbarları tikiləcək

QARABAĞ
  • İşğaldan azad edilən ərazilərdə 3 yeni su anbarı tikiləcək. Məqsəd  dayanıqlı su mənbəyi yaratmaqdır. Qeyd edək ki, artıq Zabux çay su anbarında işlərə başlanılıb. Bu su anbarları sakinlərin içməli suya olan tələbatını ödəməklə yanaşı, əkinə yararlı torpaqları da suvarma suyu ilə təmin ediləcək.

Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Əliağa Əzizov:

-Həkəri çay və Bərgüşad çay su anbarları isə artıq texniki iqtisadi əsaslandırma dönəmindədir və bu sənədlər hazır olandan sonra isə növbəti ilə onların tikintisi planlaşdırılır. Qeyd etdiyim geniş miqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur İqtisadi Rayonlarında yaşayacaq əhalinin dayanıqlı su mənbələrinin təmin edilməsi və davamlı məşkunlaşmasına xidmət edəcəkdir.

Nəzərə alsaq ki, azad edilən ərazilərin  Yaşıl energi zonasına çevrilməsi başlıca məqsəddir və  bu istiqamətdə işlər daha da sürətlə aparılır.

Bərpaolunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin nümayəndəsi Cəbrayıl Əliyev:

-14 kiçik su elektrik stansiyası bərpa edilib yenidən qurulmaqla istismara verilmişdir. Bunların ümumi gücü 90 meqavat,  təşkil edir. Bununla yanaşı yeni kiçik su elektrik stansiyasının bərpası, yenidən qurulması istiqamətində də işlər davam etdirilir ki, bunların da ümumilikdə növbəti illərdə 12 kiçik su elektrik stansiyasının 105 meqavat gücündə 2 su elektrik stansiyasının quraşdırılması və bərpası həyata keçiriləcəkdir. Bunlar da birbaşa olaraq onu deməyə əsas verir ki, həmin ərazilərdə yaşıl texnologiyaların tətbiqi davamlı surətdə həyata keçiriləcəkdir.

Ancaq bu son deyil. Kiçik su elektrik stansiyalarının tikintisi digər azad edilmiş ərazilərdə də planlaşdırılır.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər