23.06.2025, 01:04
AZ EN
24.10.2023, 15:57 357

Əhmədbəyli-Füzuli-Şuşa yolunun tikintisinin gələn il başa çatdırılması gözlənilir

QARABAĞ
  • Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihəsinin böyük hissəsi üzrə aparılan işlər başa çatıb.

Bunu Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikinti layihəsinin ətraf mühitə təsirlərinin qiymətləndirilməsinə dair ictimai dinləmədə layihə sənədini hazırlayan şirkətin direktor müavini Azad Məcidov deyib.

O bildirib ki, yolun tikintisinin gələn ilin ikinci yarısına qədər başa çatdırılması gözlənilir:

"Sözügedən yol Zəfər yoluna paraleldir. Yolda 10 körpü çəkilib, 9-nun tikintisi başa çatıb. Yolun ümumi uzunluğu 81.7 km-dir. Yolda hərəkətin intensivliyi nəzərə alınaraq yolun 48-ci km hissəsinə qədər 4 zolaqlı, Şuşaya qədər olan digər hissəsi isə 6 zolaqlıdır". (APA)

Oxşar xəbərlər