08.09.2024, 07:47
AZ EN
19.08.2023, 10:23 193

“Azərişıq” Ağdamda Rəqəmsal İdarəetmə Mərkəzi tikəcək

QARABAĞ
  • “Azərişıq” ASC Ağdam Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksi tikəcək. Hər iki enerji infrastrukturunin inşası ilə “Azərişıq” özü birbaşa deyil, tender yolu ilə seçiləcək podratçı şirkət məşğul olacaq. Bunun üçün podratçı şirkətin seçimi proseduruna da start verilib.

“Vətən səsi” xəbər verir ki, Ağdamda sözügedən tikinti işlərini həyata keçirəcək podratçı şirkət açıq tender üsulu ilə müəyyən ediləcək. “Azərişıq” ASC-nin elan etdiyi şərtlərə görə açıq tenderə qatılmaq istəyən şirkət 1500 manat də iştirakhaqqı ödəməlidir. Şirkətlərdən tender təklifləri 28 sentyabr saat 15:00-dək qəbul olunur. Tenderə sentyabrın 29-da yekun vurulacaq.

Xatırladaq ki, Ağdamda inşa olunan olan Sənaye Parkı bu rayonda sərmayə yatırımalarının genişlənməsinə imkan yaradır. Belə ki, indiyədək rezident və qeyri rezident statusu almış 25 sahibkarlıq subyekti tərəfindən Ağdam Sənaye Parkına 176 milyon manat investisiya yatırılması, 1,7 mindən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur. Bu isə Ağdamda dayanıqlı enerjisi inftasrtukturunun qurulmasını şərtləndirən amillərdəndir. Azərbaycan hökuməti bu tələbatı nəzərə alaraq Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Komplekslərdən birinin  məhz Ağdamda tikilməsinə qərar verib.

Elxan SALAHOV

Oxşar xəbərlər