23.11.2024, 03:29
AZ EN
16.04.2022, 10:05 432

Ağdam rayonunun Cavahirli kəndi

QARABAĞ

AZƏRTAC Ağdam rayonunun Cavahirli kəndinin mövcud vəziyyətini əks etdirən fotoşəkillər yayıb.

Cəvahirli Ağdam rayonunun Göytəpə kənd inzibati ərazi dairəsinə daxildir. Yaşayış məntəqəsinin adı Qarabağ xanı İbrahimxəlil xanın arvadı Cavahir xanımın adı ilə bağlıdır. "Cavahirli kəndinin əhalisi hələ xanlıqlar dövründə Cəfərbəy adlı birisinə mənsub olmuşdur. Qarabağ xanlığı Rusiyaya birləşdiriləndən sonra çar hökuməti orqanları həmin ailələri Qarabağ xanı İbrahim xanın arvadı Cavahir xanıma bağışlamış və bundan sonra onlar "Cavahirxanımlı – tərəkəmə" adlanmışlar. Sonralar həmin maldar (tərəkəmə) ailələr məskunlaşaraq daimi yaşayış məntəqəsi yaratdıqda kənd sadəcə olaraq Cavahirli adlanmışdır.[3] T.Əhmədov Cavahirli toponimini bəy, xan və mülkədar adlarından yaranmış və sonralar etnonim səciyyə kəsb etmiş adlar qrupuna daxil edir: "…Zərdab rayonundakı Əlibəyli kəndinin XIX əsrin ortalarında 11 evdən ibarət sahibkar kəndi kimi qeyd olunması, Ağdamdakı Cavahirli (keçmiş Cavahir Xanımlı (Üçüncü Tərəkəmə) kəndinin Azərbaycanın Rusiyaya ilhaq edilməsindən sonra Qarabağ xanı İbrahim xanın arvadı Cavahir xanıma bağışlanması kimi faktlar göstərir ki, bu qrupa daxil olan adlar bəy, xan və mülkədar adlarından yaranmış və sonralar etnonim səciyyə kəsb etmişlər". Cavahir (Cəvahir kimi də yazırlar) ərəb mənşəli sözdür. Ərəbcə "cohər sözünün cəmi cəvahir – "qiymətli daşlar (almaz, yaqut və s.)" deməkdir. Ərəbcə cohər sözünün əsli farsca "qouhər"dir.

Oxşar xəbərlər