01.07.2025, 12:53
AZ EN
26.11.2023, 16:20 257

Ağdam rayonu, Abdınlı kəndi

QARABAĞ
  • Abdınlı, Azərbaycan Respublikasının Ağdam rayonunun Göytəpə kənd inzibati ərazi dairəsində yerləşir.

Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

Kənd oradakı Tağıbəyli kəndindən çıxmış Abdınlı adlı nəslin həmin kəndə məxsus qışlaq yerində XX əsrin əvvəllərində məskunlaşması nəticəsində yaranmışdır. Bu kiçik elin yaylağı Mərzili kəndinin yaxınlığında, Kəlbəcərin Sarıyar dağında, qışlağı isə Qarabağın düzündə məskunlaşdığı yer idi.

Erməni vandalları işğal dövründə Abdınlı kəndini viran qoyaraq xarabalığa çeviriblər.

Tahirə AĞAMİRZƏ

 

Oxşar xəbərlər