21.11.2024, 21:48
AZ EN
30.10.2023, 11:55 298

Xocavənd rayonu, Tağaser kəndi

QARABAĞ
  • Tağaser — Azərbaycan Respublikasının Xocavənd rayonunun Hadrut qəsəbə inzibati ərazi dairəsindədir.

Oykonim fars dilindəki tağ ("dairə", "qübbə", "gümbəz" mənalarında) və sər ("baş" mənasında) sözlərindən ibarət olub (-a mənsubiyyət bildirir), "gümbəzin başında (yəni yuxarı hissəsində) yerləşən kənd" mənasındadır.

Kənd 2 oktyabr 1992-ci ildən 14 oktyabr 2020-ci ilə kimi Ermənistan silahlı qüvvələrinin işğalı altında olmuşdur. Tağaser kəndi 14 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər