22.11.2024, 01:13
AZ EN
08.05.2023, 07:55 277

Ktiş qalası

QARABAĞ

Azərbaycan Respublikasının Xocavənd rayonu ərazisindəki Ktiş qalası sıldırım dağın zirvəsində yerləşir. Bu möhtəşəm qalanın dəqiq inşa tarixi bilinmir. Lakin qalanın adı mənbələrdə Azərbaycan ərəblər tərəfindən fəth edildikdən sonra çəkilməyə başlayır. Qala ərəblərin hegemonluğu dövründə alban knyazı Yesai əbu Musanın iqamətgahı olmuşdur. Mənbələrdə əbu Musa Beyləqan hakimi kimi xatırlanır və Kalankatlı onun Qafqaz albanlarının soyundan olduğunu yazır. Qala dörd bir tərəfi sıldırım qayalıqlarla əhatə olunduğu üçün oraya yalnız kiçik bir cığırla getmək mümkündür. Ərəb salnaməçisi Məsudi Ktiş qalasını öz əsərində belə təsvir etmişdir.

Lakin haqqında bəhs edilən bu kiçik cığır əslində heç də qalaya gedən yeganə yol olmamışdır. Belə ki, bu cığırdan başqa, qalanın şimal tərəfində qayalarda yeraltı yol da qazılmışdı. Bu isə Qarabağın digər həmdövr qalalarında da müşaidə olunan haldır. Belə ki, tədqiqatlar zamanı yeraltı gizli yollarla Qarabağda yerəşən Laçınqaya qalası, Löh qalası və Qalaboynu qalasında da rast gəlinmişdir.

İsa Musayev

Oxşar xəbərlər