Son günlər sosial şəbəkələrdə belə bir fikir də səsləndirilir ki, Türkiyənin on ölkəsində ard-arda baş verən bu zəlzələ süni şəkildə, yəni müasir silahlarla Türkiyəni istəməyən dövlətlər tərəfindən törədilib.
Hərbi ekspert Ədalət Verdiyev "Vetensesi.az"ın bu hadisə ilə bağlı və digər suallarını cavablandırıb.
-Ədalət müəllim, siz hər zaman xalqımıza doğru informasiyalar ötürürsünüz.Dünyada görünməmiş insan tələfatına səbəb olan Türkiyənin sarsıdan bu zəlzələ barədə fikirlərinizi bilmək istərdik.
-Türkiyəni sarsıdan bu zəlzələ təbii ki, qardaş ölkə olaraq bizə çox pis təsir etdi.
Türkiyədə baş verən hadisə birmənalı olaraq təbiət hadisəsidir. Onun heç bir kənar təsirlə və ya tektonik, seysmik silahlarla əlaqəsi mövcud deyil. Bu adını çəkdiyim silahlar layihə olaraq, düşüncə olaraq mövcuddur. Lakin onların bugünkü günə qədər nə sınaqları, nə də tətbiqinə rast gəlinməyib. Müəyyən təbiət hadisələri törədən silahlar mövcuddur. Yəni yağış əmələ gətirmək üçün və yaxud da ərazidə müəyyən təbiətə təsir etmək üçün müyyən silahlar mövcuddur. Amma yerin 15, 20, bəzən isə 60 kilometr dərinliyində baş verə biləcəyinədək zəlzələni yaradacaq silahlar bu gün dünyada mövcud deyil.
-Bir neçə gündür Ruben Vardanyanın Moskvaya qaçması barədə xəbərlər sosial şəbəkələri zəbt edib. Sizcə, Rubenin hansı yolla Moskovaya qaçıb və bu, doğrudurmu?
-Ruben Vardanyanın Moskvada olması bu gün üçün faktır. Rubenin hansı yolla Moskovaya getməsi barədə dəqiq məlumat olmasa da, bir çox mənbələr, istər Azərbaycan KİV-ləri və onlardan əvvəl də bəzi erməni KİV-lərində onu Rusiyanın yük maşınında və çamaşırxana üçün çamaşırxanaya daşınan çirkli paltarlar altında İrəvana, ordan isə Moskvaya uçduğu ehtimal olunur.
-Hər zaman fürsət güdən qonşularımız, İranla Ermənistan Türkiyənin bu ağır durumundan istifadə edərək daha da yaxınlaşıblar və İran durmadan Ermənistanı silahlandırır. Hətta sosial şəbəkələrdə belə bir xəbərlər də səsləndirilir ki, Ermənistan İranla birgə Azərbaycana qarşı növbəti təxribat planı hazırlayır. Bu fikirlər nə qədər gerçəkliyi əks etdirir?
-İranın Ermənistanla birlikdə Azərbaycana qarşı təxribat planı istisna olunmur. Geniş miqyaslı əməliyyatlardan deyil, hansısa təxribat və ya toqquşma məqsədli əməliyyatlardan danışa bilərik. Biz bunu istisna etməməliyik. İranın həm Birinci Qarabağ, həm Vətən müharibəsi, ondan sonrakı fəaliyyətlərinə və İran tərəfindən səslənın təhdidlərə diqqət yetirsək, bu təxribatları heç bir zaman istisna etməməliyik.
Tahirə AĞAMİRZƏ