Ermənistan mətbuatına görə aprelin 14-də İrəvanda açılışı olan beynəlxalq idman yarışı 50 ölkəyə birbaşa yayımlanıb. Həmin vaxt bayrağımızı yandıran Aram Nikolyan adlı erməni stilist isə bir neçə dəqiqə polisin suallarını cavablandıran sonra sərbəst buraxılıb. "Hraparak"ın yaydığı xəbərə görə, onu gənclik dostu və maqazin müştərisi Anna Hakopyan buraxdırıb ki, birbaşa efirdə o, səhv etdiyini bildirəcək və üzr istəyəcək. Amma belə olmayıb. Nikolyan həyasızcasına bildirib ki, mən belə etməsə idim Azərbaycan mətbuatı "Azərbaycan bayrağı İrəvanda dalğalanır. İrəvan da Azərbaycandır!" yazacaqdı.
O daha sonra deyib ki, kim bu hərəkətimi bəyənmirsə, öz evində, eyvanında, iş yerində Azərbaycan bayrağı saxlaya bilər.
Həmin "boynu nakolkalı dığa", şübhəsiz, bir gün görəcək ki, doğrudan da, Xankəndidə, İrəvanda Azərbaycan bayrağı dalğalanır və ermənilər o bayraqlara səcdə edirlər.
Nəsib