20.09.2024, 10:48
AZ EN
29.03.2023, 11:40 246

Ermənistanda yeni fond yaradılıb

YAZILAR

Ermənistan mətbuatının bu gün yaydığı məlumata görə, hökumətin qərarı ilə "akademiya şəhəri" fondu təsis edilib. Məqsəd isə "Ermənistan Respublikasının 2030-cu ilədək təhsilin inkişafı dövlət proqramı haqqında" qanuna uyğun olaraq akademiya şəhəri yaratmaq, burada müasir standartlara uyğun elm, təhsil, təhqiqat obyektləri yaratmaqla gələcək nəsillərin yüksək biliklərə və bacarıqlara yiyələnməsinə təmin etməkdir. Bildirilir ki, "akademiya şəhəri" fondunun təsisçisi hökumət olsa da fonda rəhbərliyi elm, təhsil, mədəniyyət və idman nazirliyi edəcək.

Sözügedən fondun rəhbərliyi "akademiya şəhəri"nin salınacağı yeri müəyyən edərək layihə və inşaat işləri ilə bağlı tender elan edəcək, inşaat işləri isə fondun rəhbərliyinin yaratdığı komissiyanın gündəlik nəzarəti altında görüləcəkdir.

Maraqlıdır, haylar həmin fonda lazım olan miqdarda vəsait keçirəcəklərmi?

Nəsib

Oxşar xəbərlər