O, bələdiyyə seçkilərindən sonra başçı vəzifəsinə əsasən Nikol Paşinyanın partiyasının üzvlərinin gətirildiyini bildirərək belə halların sakinlər tərəfindən sükutla qarşılandığını xüsusi qeyd edir. Sabiq deputat yazır: "İrəvanda sabah da belə olacaq. Nikolun istədiyi adamın, hətta Ramil Səfərovun namizədliyi irəli sürülərsə, o, İrəvan şəhərinin meri olacaqdır".
Müxalif partiyaların liderlərindən birlik göstərməyi xahiş edən Nairaya demək istərdik ki, narahat olma, R.Səfərovu özümüz İrəvana icra hakimiyyətinin başçısı təyin edərik.
Nəsib