Markovun sözlərinə görə, Rusiyada Ermənistanın bu qərarından çox qəzəbləniblər: "Əlbəttə ki, Rusiyadakı erməni lobbisi və bu lobbinin idarə etdiyi KİV Ermənistanın bu xəyanətinə susmağa, göz yummağa cəhd edir. Rəsmi Moskva Ermənistanın bu xəyanəti ilə bağlı hansı addımı atacaq, bunu demək hələ ki çətindir. Lakin aydındır ki, indi Vladimir Putin formal olaraq Ermənistana səfər etsə, orada həbs oluna bilər. Onun ötən səfəri zamanı Paşinyan anti-Putin mitinqi təşkil etmişdi. İndi isə o, Putini nə, həbs edəcək?! Əlbəttə ki, bu təkcə Ermənistanın xəyanətkar siyasəti deyil, həm də ağılsız siyasətidir. Ermənistanın bu qərarı səbəbindən Rusiya daha çox Azərbaycana tərəf hərəkət edəcək, Azərbaycanın istəklərinə daha çox anlayışla yanaşacaq. Bu isə, Bakının tezliklə və effektiv şəkildə bütün Qarabağ üzərində nəzarəti ələ keçirməsi ilə nəticələnəcək",-deyə rusiyalı ekspert yekunlaşdırıb. (APA)