08.09.2024, 05:34
AZ EN
17.03.2023, 11:34 180

Ya Moskva, ya da istefa

YAZILAR
  • Erməni mətbuatında yayılan xəbərlər sırasında Xankəndidəki separatçı hayların başçısı Araik Harutyunyan barədə məlumatlar diqqəti cəlb edir. Müxalif mövzularda və üsullarda olan həmin xəbərlərin ümumi məzmunu belədir ki, dələduz oliqarx Ruben Vartanyana istefa ərizəsi yazdıraraq öz yerini daha da möhkəmləndirən Araik Harutyunyan indi ya Moskvanın tələblərinə uyğun hərəkət etmək, ya da özü istefaya getməsi üçün ərizə yazmaq dilemması ilə üz-üzə qalıb.

"Hraparak" öz əməkdaşının apardığı təhlilə əsasən belə bir fikir bildirib ki, Qərbi Azərbaycan İcmasının Ermənistanın baş naziri Nikol Paşinyana qayıdışla bağlı müraciətindən sonra Araik Harutyunyanın rahatlığı daha da pozulub. O, belə düşünür ki, siyasi manevrlər tükənəndə baş nazir Qərbi azərbaycanlıların Ermənistana deyil, məhz Xankəndiyə köç etməsinə razılıq verməyə məcbur olacaqdır. Moskvanın isə necə hərəkət edəcəyi hələ məlum olmasa da onun Bakının arqumentləri qarşısında susqunluq göstərəcəyi də istisna deyil.

Araik istefa verəcəyi təqdirdə onu kimin əvəz edəcəyi ilə maraqlanan media qrupunun əməkdaşı həmin şəxsin məhz Azərbaycanın istəyi ilə seçiləcəyini istisna etmir.

Nəsib

Oxşar xəbərlər