Biabırçı məğlubiyyətə hələ də "müharibə bitməyib, 1994-cü ildəki kimi yalnız atəşkəs rejiminə keçilib",-deyə bütün siyasi, diplomatik qüvvələrini anti-Azərbaycan cəbhəsinə səfərbər edən ermənilər son günlər bir sıra sərsəm fikirlər açıqlamaqdadırlar. 10 ildən çox xarici işlər naziri olmuş Vartan Voskanyan Matenadaranda Qarabağdakı separatçı rejimin dəstəklənməsi ilə bağlı yığıncaqda nə diplomata, nə də normal ağla malik insana yaraşmayan belə bir fikir səsləndirib ki, Cavaxetiyanı zəbt etmək asan deyil, çünki birbaşa yol yoxdur, amma Naxçıvanla sərhədin mövcudluğu ideoloji və hərbi baxımdan hayların xeyrinədir.
Xarici işlər naziri işlədiyi dövrdə hakimiyyətin arxayınçılıq nümayiş etdirib bütün vasitələrdən istifadə etmədiyinə görə indi təəssüflənən Vartan Voskanyan beynəlxalq məhkəmə tərəfindən Azərbaycana qarşı kəskin tənqid ünvanlanmamasından da erməni həyasızlığı ilə bildirir. Onun Nikol Paşinyan barədə dedikləri ikibaşlı sözlər isə sübut edir ki, İrəvanda olmasa da Xankəndidə hansısa vəzifəyə təyinatı gözləyir.
Avropa İttifaqının Cənubi Qafqazda və Gürcüstanda xüsusi nümayəndəsi Toyvo Klaarın bölgəyə səfərinə Ermənistandan başlaması və Ararat Mirzoyanla görüşündəki fikirləri də haylara yeni qiybət mövzusu verib. 31 il öncə Xocalıda baş verən soyqırımı isə yenə də nə hayların, nə də bacılarının "yadına düşmür".
Nəsib