07.05.2025, 07:46
AZ EN
24.02.2023, 18:29 246

İranı və Ermənistanı Fransa idarə edir

YAZILAR

Ermənistanda müxalifət Qarabağdakı separatçılara dəstəyini yeni müstəviyə keçiriblər. Baş nazir Nikol Paşinyanın istefa tələbini bu gün də davam etdirən "Qütb", "5165 hərakatı" və s. müxalif qüvvələr fevralın 24-də əlyazmalar saxlanılan Matenadaranda "arsaxın müstəqilliyinin" beynəlxalq təşkilatlar tərəfindən tanınması kimi heç bir hüquqi subyektə söykənməyən konfrans keçirib yeni sərsəmləmələr silsiləsi yaratmaq yolunda olduqlarını bildiriblər. Tədbirdə çıxış edən politoloq Stepan Danielyan - "Fransanın prezidenti çıxışında deyəndəki, Ermənistan bizim və Rusiyanın arasında buferdir, amma adını çəkmək istəmədiyim bir bufer də var, deyəndə İran nəzərdə tutulur", - deyə Ermənistanın Rusiya və Qərblə sərhədinin olmamasına diqqət yönəltməklə Makronun Ermənistanı, həmçinin İranı öz buferi hesab etdiyini bildirib. Öncə o, Azərbaycanın daim mənəvi dəstəkçiləri olan Türkiyənin, Pakistanın, İsrailin, sonra BMT-nin Təhlükəsizlik Şurasının qərarına veto qoyan Böyük Britaniyanın ünvanına uydurmalar söyləyərək, həmişə hayları dəstəklədiyinə görə Fransanın İrana ehtiramla yanaşdığını və ona güvəndiyini vurğulayıb. Daha sonra isə əlavə edib ki, Rusiyanın başı müharibəyə qarışıb və regional məsələlərdə İran Fransanın dəstəyinə görə əsas oyunçuya çevrilib.

"Azərbaycan dünyanın ilk xristian ölkəsi olan Hayastanın suveren ərazisinə daxil olub", - deyə beynəlxalq təşkilatların qapısından əl çəkməyən hayları daim dəstəkləyən Fransanın  xristian ölkəsi olduğunu bütün dunya bilir. Bəs, İran hansı dinin daşıyıcısıdır?

Bu sualın cavabını hər kəs öz vicdanının səsi ilə verməlidir. Orta məktəbi güc-bəla bitirib indi xalqa uydurmalar sırımağa çalışaraq cənubdakı ağalarının qanlı əllərini öpənlərin isə heç bir dinə mənsub olmadıqlarını müsəlmanların kitabı özü təsdiq edib.

Nəsib Qaramanlı

Oxşar xəbərlər