22.10.2024, 22:49
AZ EN
11.01.2023, 10:34 352

Erməni deputat "qəhrəman" olub

YAZILAR

Ermənistanın baş naziri Nikol Paşinyanın dünənki mətbuat konfransında səsləndirdiyi fikirlərin əksəriyyətini cəmiyyət üçün qəbuledilməz hesab edən erməni müxalifəti müxtəlif vasitələrlə öz mövqelərini yaymağa başlayıb. Ermənistan respublikası partiyasının funksionerlərindən olan deputat Artur Xaçatryan sözügedən konfransdan dərhal sonra "Hraparak" media qrupuna açıqlamasında bildirib ki, Paşinyan beynəlxalq qurumların  Qarabağı Azərbaycanın tərkib hissəsi  kimi tanıdığını deməklə  bunun gerçək olduğunu  bir daha təstiqlədi. Erməni ictimaiyyətini yenidən kütləvi etiraz aksiyaları keçirməyə çağıran müxalif deputatın Azərbaycan və Türkiyə əlehinə səsləndirdiyi fikirlərin həqiqətə uyğun olmadığı isə məhz onun özünün bir qədər sonra işlətdiyi ifadələrlə təsdiqlənir. Bu isə bir daha sübut edir ki, həm o, həm də digərləri özlərini ölkənin xilaskarı rolunda göstərməyə çalışsalar da nəinki beynəlxalq və regional reallığı, hətta adi məişət olayının məntiqini dərk etmək imkanından məhrumdurlar.

Xatırladaq ki, Yeni il öncəsi bir neçə deputatla Xankəndiyə getmək və oradakı haylara "reallığı söyləmək istəyən"  Artur məhz erməni polislər tərəfindən sərhəddə yaxın postdan geri qaytarıldıqdan sonra Paşinyanın ünvanına tənqidi fikirlər səsləndirərək Laçın dəhlizindəki aksiyada onun təşəbbüskar olması kimi məntiqsiz və gülməli ifadələr işlətdiyinə görə  Yeni ildəki əyləncəli verilişdə parodiya qəhrəmanına çevrilmişdi.

NƏSİB

Oxşar xəbərlər