23.11.2024, 04:05
AZ EN
21.12.2022, 15:40 318

Ermənilər BMT-dən küsüb

YAZILAR

 

BMT Təhlükəsizlik Şurasının dekabrın 20-də keçirilmiş iclasında Laçın dəhlizi ilə bağlı məsələyə də münasibət bildirilib. Erməni mətbuatı isə öz ənənəsinə növbəti sədaqət nümayiş etdirərək bunu az qala dünyanın ən böyük ədalətsizliyi kimi təqdim etməyə cəhd göstərir. "Azərbaycana yenə güzəşt edildi" kimi gülünc başlıqlı yazısı ilə dünyada və regionda baş verən reallıqlardan tam xəbərsiz olduğunu bir daha təsdiqləyən  "İravunk" qəzetinin "Hraparak" media şirkəti tərəfindən elektron şəbəkədə yayımlanan həm bu, həm də digər yazılarında  həyasızcasına deyilir ki, iclasda "dağlıq qarabağ" sözünün işlədilməsi, yolun açılmasının zəruri və insan haqqlarına dəstək olmasının bildirilməsi erməni  diplomatiyasının uğurudur. Politoloq Suren Surenyanın isə  sözügedən beynəlxalq qurumun dekabrın 20-dəki iclası barədə öz feysbuk səhifəsində etdiyi paylaşım tam başqa məzmundadır. O, yazır ki, BMT Təhlükəsizlik Şurası Azərbaycanın əleyhinə qərar qəbul etsə belə heç bir əhəmiyyət kəsb etməyəcək. "Çünki Azərbaycan dəfələrlə bildirib ki, BMT-nin həll edə bilmədiyi problemi özü həll etməklə onun işini asanlaşdırıb"- deyən politoloq həyasızcasına əlavə edib ki,9 noyabrdakı üçtərəfli razılaşmanı pozan azərbaycanlılar Ermənistanın suveren  ərazilərinə daxil olsalar da BMT onlara qarşı heç bir təsir göstərməyib, yalnız tövsiyə xarakterli bəyanatla kifayətlənib ki, bu da erməni xalqına qarşı həqarətdir. Rusiya sülhməramlılarının beynəlxalq statuslu Avropa sülhməramlılarla əvəzlənməsi üçun geniş iş aparan Fransaya bacı münasibətini daim sərgiləyən Ermənistanın böhrandan çıxacağına inam ifadə edən S.Surenyan başqalarından fərqli olaraq belə fikirdədir ki, Azərbaycanla Ermənistan arasında gedən danışıqlar yalnız BMT-nin vasitəçiliyi və zəmanəti ilə aparılsa hansısa ortaq nəticəyə gəlinər və onda nə Rusiyanın, nə də bölgədə marağı olan digər dövlətlərin müdaxiləsinə yol verilməz.

Nəsib Qaramanlı

Oxşar xəbərlər