22.11.2024, 04:19
AZ EN
16.12.2022, 13:34 412

Ermənilər yeni hiylə axtarırlar

YAZILAR

"Hraparak" qəzetinin 16 dekabr tarixli sayında dərc olunmuş " İstənilən mübahisə arsax üçün ölümdür" başlıqlı müsahibədə politoloq Samvel Sarksyan digər politoloqlardan fərqli fikirlər səsləndirib. 1992-ci ildə  Qarabağdakı separatçı rejimdə Ermənistanın “xüsusi nümayəndəsi” olan S.Sarksyan  müsahibəsində öncə  Azərbaycan mətbuatında dərc olunmuş məqalələrdən danışıb və bildirib ki, indi əsas mövzu Qarabağdakı etiraz aksiyaları və İrandır. İranın Zəngəzurla bağlı mövqeyinin daim tənqid olunduğunu bildirən politoloq deyib ki, əgər  Ermənistan dəhliz məsələsinə razılıq versə o, dost İranı itirə bilər. Onun sözlərindən belə çıxır ki, erməni iqtidarı Rusiyadan daha çox İranla əməkdaşlığı üstün tutur. Rusiyaya isə Türkiyə və Azərbaycan daha gərəklidir, nəinki Ermənistan.

Təkcə Qafqazda deyil, bütün dünyada yeni reallıq yarandığını və mövcud reallıqda hər kəsin ermənilərin deyil, məhz öz maraqlarına uyğun siyasət yürütdüyünü vurğulayan S.Sarkisyan jurnalistin separatçıların gələcəyinin necə olacağı barədə sualını cavablandırarkən isə deyib ki, Azərbaycan öz mövqeyindən heç vaxt çəkilmək fikrində olmayacaq, " türklər donuz ətinə nifrət etdiyi kimi Ermənistan hakimiyyəti “arsax”a nifrət edir. İstənilən mübahisə arsaxın məhvinə səbəb olacaq". Erməni politoloq daha sonra bu və ya digər problemin həllinin gələcəyə saxlanılması üçün Azərbaycanla dil tapmağın yollarını axtarıb tapmağı məsləhət görür. Babalarımız isə deyib ki, bu günün işini sabaha saxlama!

Nəsib QARAMANLI

Oxşar xəbərlər

SON XƏBƏRLƏR