18.06.2025, 14:34
AZ EN
02.09.2024, 11:00 350

Haylar sentyabrın ilk vay gününə başlayıb

YAZILAR
  • Məlum olduğu kimi, 1991-ci il sentyabrın 2-də Xankəndidəki separatçı, terrorçu haylar həm də o vaxtki Azərbaycan rəhbərliyinin səriştəsizliyindən bəhrələnərək "arsax respublikası" dedikləri rejimin yaradılmasını elan etmişdi.

Moskva tərəfindən dəstəklənən bu konstitusiyaya zidd fəaliyyətin genişləndirilməsi nəticəsində torpaqlarımızın 20 faizi işğalçıların nəzarəti altına keçsə də ədalətin bərpa olunacağına inam heç vaxt səngiməmişdi. Ötən illərin olaylarına az da olsa nəzər salsaq, görərik ki, xalqımızın öz müdrik rəhbəri sayəsində zəfər çalacağı daim ön sırada olub. 2020-ci il sentyabrın 27-də "yeni ərazilər uğrunda yeni müharibə" şüarı ilə növbəti təxribata başlayan hayların 44 gündən sonra diz çökərək aman diləməsi və üçtərəfli bəyanata biabırcasına imza atması Azərbaycan tarixində indiyədək mövcud olmayan ZƏFƏR salnaməsinin özülünə çevrildi.

Ötən il 19 sentyabrda başlayan bir günlük antiterror əməliyyatından sonra isə hayların xaricdəki havadarlarına olan son ümidləri də  yoxa çıxdı və onlar Azərbaycanın humanizmindən yaranan inteqrasiyaya da genetik kodlarına uyğun  şərəfsizlik və qorxaqlıqla cavab verərək Ermənistana üz tutdular. Bu gün isə ənənəvi xəstə təxəyyülləri ilə "arsax günü" adlandırdıqları etnik yasa başlayıblar. Azərbaycanla müharibədə gəbərdirilənlərin basdırıldığı "Yerablur"a gələrək "anım günü" dedikləri tədbirə toplaşanların sözün həqiqi mənasında təkcə siyasi savadsızlığı deyil, həm də psixi xəstə olduqları yenidən tam aydın olur.

Qarabağın və işğaldan azad edilmiş digər bölgələrin gündən-günə tərəqqi etdiyini görən haylar məhz həmin xəstə təxəyyülləri ilə yenidən müharibə istədikləri isə təkcə Qarabağdan qorxaqcasına köçənlərin deyil, həm də deputat adını daşıyanların öz başlarına növbəti dəmir yumruq vurulmasının gərəkliyini təzahürüdür.

Nəsib Qaramanlı

Oxşar xəbərlər