Baş redaktor xatırladıb ki, müxalifətin çıxışları mövsümi xarakterlidir. Əhaliyə siyasi perspektivlər, reallıqlar əvəzinə bəzən hətta hava haqqında proqnozlar verilir. O, təklif edib ki, göstərdiyi 2 məsələ barəsində ilin bütün fəsillərində, gecə-gündüz iş aparılmayınca hakimiyyətin dayaqları möhkəmlənəcək və onu istefaya məcbur etmək mümkün olmayacaq.
A.Ohanyan sonda vurğulayıb ki, sıravi vətəndaşlar getdikcə müxalifətə inamını itirir və pafoslu danışan natiqlərin peşəkar siyasətçilərlə əvəzlənməsini gözləyir. Ümumiyyətlə isə, onun sözügedən yazısından belə nəticə çıxır ki, Ermənistanda müxalifət düşərgəsində olanların heç biri siyasi savada və vətənpərvərlik duyğularına malik deyil.
Yeri gəlmişkən xatırladaq ki, bunun belə olduğunu Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan hələ 1997-ci ildə istefaya gedərkən açıqlamışdı və bu, 2020-ci ildəki müharibədə bir daha təsdiqləndi.
Nəsib Qaramanlı