21.11.2024, 15:43
AZ EN
05.04.2024, 11:29 306

Rus cəhənnəmini Avropa cənnəti əvəz edəcək

YAZILAR
  • Ədəbi dillərində özləri düzəltdiyi sözlərdən, şifahi nitq də isə türklərdən oğurladıqları cənnət və cəhənnəm sözlərini işlədən hayların "Hraparak" media şirkətlər qrupunun əməkdaşı Lusine Şahverdiyanın yuxarıdakı başlıqla paylaşdığı yazısında Rusiyanın ermənilərə heç bir fayda vermədikləri  göstərilib.

O, yazıb ki, hayların bütün çətinlikləri daim Rusiyanın çiyinlərinə düşsə də Arman Babacanyan bununla barışmayacaq 1915 və 1937-ci illərdə hayların məhz Rusiyaya görə guya soyqırımına məruz qaldığını təkrarlayıb. A.Babacanyan deyib: "Rusiya cəhənnəmi Avropa cənnəti ilə əvəzlənməsi, dövlətçilik cəhənnəmə düçar olacaq".

Xatırladaq ki, mərhum tarixçi professor, Dövlət mükafatı laureatı, qaçqın İsrafil Məmmədov "1937-ci ildə Ermənistanda repressiya planı məhz azərbaycanlıların hesabına artıqlaması ilə yerinə yetirilmişdi"- deyə həmin vaxtlar on minlərlə soydaşımızın müxtəlif bəhanələrlə güllələndiyini, yaxud Sibirə sürgün edildiyini faktlarla sübut etmişdi. Acı da olsa həqiqətdir ki, bizim o vaxt 45 evdən ibarət olan Yanıqpəyədə bir gecənin içində 18 nəfər, o cümlədən iki əmim və babamın qardaşı həbs edilib və bir neçə gündən sonra güllələniblər.

Erməni şərəfsizliyi isə hələ də davam edir.

Nəsib Qaramanlı

Oxşar xəbərlər