18.06.2025, 12:52
AZ EN
28.02.2024, 10:21 389

Ermənistanın təxribat xarakterli ən kiçik addımı belə sərt şəkildə cəzalandırılacaq

YAZILAR
  • "Paşinyan Parisdə olarkən Fransa prezidenti E.Makron Nikolu daşnakların lideri Murad Papazyanla görüşdürüb və onları barışdırmaq üçün dəridən qabıqdan çıxıb. Papazyanin açıqlamaları hələlik konkret nəticə barədə nəsə deməyə əsas vermir, amma Ermənistanı fasiləsiz olaraq silahlandıran Makron onlarla həm birlikdə, həm ayrı ayrılıqda bir neçə dəfə görüşməsi, aşkar şəkildə Azərbaycana qarşı olan hər iki tərəfin səylərini birləşdirmək, ardınca isə yeni təxribatlar törətməklə eskalasiya yaratmaq məqsədi daşıyır".

Bunu hərbi ekspert Ədalət Verdiyev "vetensesi.az" a açıqlamasında ifadə edib.

Ekspert daha sonra əlavə edib ki, daha əvvəlki təxribatlarda "Yekrapah" terrorçularının xidmətindən yararlanan Ermənistanın növbəti təxribatlarında daşnaklardan istifadə edəcəyi ehtimalı getdikcə artır: "Ermənistan tərəfindən Azərbaycana qarşı atılan ən kiçik addım çox sərt şəkildə cəzalandırılacaq. Buna kimsənin şübhəsi olmasın",- deyə Ə.Verdiyev vurğulayıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər