24.04.2025, 05:41
AZ EN
05.05.2023, 14:33 265

Erməni mətbuatında saxtakarlıq davam edir

YAZILAR
  • Ermənistanda 3 may Beynalxalq Mətbuat və Söz azadlığı günü də erməni xisləti ilə qeyd olunub.

Bu bədnam toplum arasında elə bu gün də davam edən Söz azadlığı barədə fikirləri oxuduqca məhz belə deməyə inkaredilməz əsas yaranır ki, elə bil beynəlxalq jurnalist təşkilatlarının da haylara borcu var.

Məlumdur ki, çox saylı xarici ölkələrin mətbuatında həmişə ermənilərin yalanlarına, uydurmalarına geniş yer ayrılıb və onların “fağırlığı, məzlumluğu, soyqırıma məruz qaldıqları” barədə heç bir fakta söykənməyən materiallar dərc olunub.

44 günlük müharibədə də erməni yalanları ilə qidalanıb ölkəmiz haqqında müxtəlif yalanları tirajlayan xarici KİV-in bəzilərinin Azərbaycan haqqında əsl həqiqəti qəbul etdikdən sonra, necə deyərlər, hay masası funksiyasından əl çəkmələri ermənilərin “müsəlmanın neft puluna, qara kürüyə satılan” təhqiramiz ifadələrlə müşahidə olunur.

Azərbaycanın iqtisadi, siyasi, hərbi qüdrəti barədə xarici mətbuatda yer alan ən kiçik yazı belə hayların yerli diasporunun uğursuz piketi ilə qarşılanır.

Bu günkü xəbərlər sırasında diqqət çəkən məqamlardan biri də Qarabağ  və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil ərazilərimizdə gedən tərəqqinin, yenə qeyd edək ki, ermənilər tərəfindən məhz öz mentalitetləri ilə şərh edilməsidir.

Və yenə də xatırlatmağa borcluyuq ki, ermənilər həmin “şərhlər” üçün saxtakarlıq dolu “faktları” Əli Kərimli, Gültəkin Hacıyeva, Beydulla Manaf, Sevinc Osmanqızı, Rauf Mirqədirov kimi haysevərlərin çıxışlarından götürür.

Nəsib Qaramanlı

Oxşar xəbərlər