27.07.2024, 09:52
AZ EN
23.02.2023, 10:42

Ədalətsizliyə görə hay da insan sayılır

Nəsib QARAMANLI

  • Dünyanın bir çox yazılı qanunları və ənənələri özündə ədalətsizlik də ehtiva edir. 30 ilə yaxın bir müddətdə haqq səsimizi sanki musiqi parçaları kimi dinləyən, amma heç bir əməli nəticə çıxarmayan Qərbin hay yalanlarına inanıb nəsə təklif etməsi BMT-nin Beynəlxalq Ədalət məhkəməsi deyilən qurumunda da yenidən isbatlandı.

Xatırladaq ki, Ermənistanın 30 il törətdiyi cinayətlərin yenə də davam etdirməsindən özünü xəbərsiz kimi göstərən BMT özünə, qərar-qətnamələrinə hörmət edən olsaydı, Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinin həyata keçirməyə az da olsa cəhd göstərib, belə demək olarsa, özünü sığortalayardı. Lakin Laçın-Xankəndi yolunda ekofəalların haqq, ədalət uğrunda mübarizəsinə hayların ənənəvi böhtan və yalanları prizmasından baxan və dünən separatçıların "blokadadan" çıxarılması üçün, bəlkə də, hayların özləri hazırladığı kağıza imza atan beynəlxalq məhkəmə özünün ədalətsizlik ocağı olduğunu təsdiqləyib. Erməni mətbuatında isə bununla bağlı mədhiyyələr başlayıb. Onların bu gün nə dediklərini, yazdıqlarını isə şərh etməyə ehtiyac yoxdur, ən azı ona görə ki, dünyada ədalət olsaydı, erməni adında bic toplum da olmazdı.

Nəsib