Gerblərdə doğma torpağın, onun təbiətinin sərvətləri, adamlarının əməyi, rəşadətli qəhrəmanlığı əks olunur. XIX əsrin axırlarında Rusiyada 700-dən çox şəhər və onların hər birinin öz gerbi var idi. Bu gerbdə həmin şəhər üçün xarakterik olan şeylər geraldik rəmzlərlə təsvir olunurdu. Vaxtilə I Pyotr tərəfindən “Şəhərlərin gerblərinin tərtibi haqqında” fərman verilmiş və geraldmeyster kontoru təşkil edilmişdi. 1785-ci ildə isə “Şəhər əsasnaməsi” qəbul olundu. Əsasnamənin 28-ci maddəsində deyilirdi: “Şəhərin öz gerbi olmalı və ondan bütün şəhər işlərində istifadə edilməlidir”.
Elə o zaman müəyyənləşdirildi ki, geraldik qalxanın yuxarı hissəsində quberniyanın, aşağı hissəsində isə qəza şəhərinin gerbi yerləşdirilsin. Öz gerbi olan qədim şəhərlər istisnalıq təşkil edirdi.
Şuşa qala şəhəri kimi Kaspi vilayəti Yelizavetpol quberniyası Şuşa qəzasının mərkəzi statusuna malik idi. bütün qəza şəhərləri kimi Şuşanın da öz gerbi var idi. Bu gürb 1843-cü il mayın 21`-də təsdiq edilmişdi. Rusiya imperiyasının qanunlar məcəlləsində gerb belə təsvir edilir: “Qalxanın yuxarı yarısında qızılı fonda Kaspi vilayətinin gerbinin bir hissəsi, aşağıda, yaşıl fonda Asiya yəhər-cilovu ola qaçan at; qalxanın aşağı hissəsi göstərir ki, qəzada əla at cinsləri ( Qarabağ atı) yetişdirilir, Asiya yəhəri və cilovu düzəldilir”.
Yeri gəlmişkən Kaspi vilayətinin gerbinin təsvirini də veririk: qızılı fon dörd yerə bölünmüşdür: yuxarıdakı iki hissədən birində-sağ tərəfdə ayaq üstə durmuş pələng, solda isə yerdən püskürən qaz alovu, aşağı hissələrdə sağda- Xəzər dənizini bildirən amvi zolaq, solda qarlı dağ zirvələri.
Qarabağ xanlığının dövlət bayrağı. xanlığın əsas dövlət atributlarından biridir. Qarabağ xanlığının banisi Pənahəli xan Cavanşir tərəfindən təsis edilmişdir. 275 illik tarixə amlikdir. Bayraq müəyyən ölçüdə və rəngdə köndələn və uzununa ağacın arasında bərkidilmiş qumaş parçadan düzəldilmişdir. Bəzən üzərində gerb, emblem təsvirləri də olurdu. Bayraqda cəngavərlik dövrünə xas olan məğeue qartal şəkli var dı. Xanlığın bayrağı Qarabağın xüsusiyyətlərini və tarixinin cəhətlərini əks etdirirdi. Sonralar bayraq dövlətin nişanına, ölkənin rəmzinə çevrilmişdi.
Qarabağ ordusu onun fəxri olan bu döyüş bayrağı altnda dəfələrlə hərbi yürüşlərə çıxmış və döyüşlərdə qələbə qazanmışdı. İlk dəfə Bayat qalası uğrundakı döyüşlərdə Qarabağ qoşunları bu döyüş bayrağı altında birləşmiş düşmən üzərində qələbə çalmışlar.
Qarabağın şərəfini qorumaq üçün Vətən uğrunda canalrını fəda edən qəhrəmanalrın canəzələriŞ bir qayda olaarq, bu bayraqlarla örtülürdüş Qarabağ xanlığının dövlət bayrağı daim xan sarayının üzərində dalğalanır, milli bayramlarda küçələrin və məhəllələrin görümlü və baxımlı yerlərindən asılırdı.
Xarı bülbül Qarabağ florasının nadir incisi, Şuşanın təbiət simvolu Təbiətin möcüzəsi sayılan bu gülün vətəni, əsasən, Şuşa ərazisidir. Gövdəsinin uzunmluğu altmış-yetmiş santimetrə çatır, kökü kartof bitkisinin kökünə oxşayır. Üstündə beş-yeddi çiçəyi olur. Çiçəklərinin açılması da gülün özü kimi qəribədir. Hər gün aşağıdan başlayaarq onun bir çiçəyi açılır. Hamısı açılandan sonra aşağıdan başlayaraq gündə biri solur. Çiçəyin üstündə xar və bülbül var. El arasında haqqında geniş yayılmışrəvayətlər, əfsanələr mövcuddur. Xarı bülbül öz doğma vətənindən, torpağından başqaheç yerdə bitmir. Ona görə də adına neçə-neçə mahnılar qoşulan bu nadir inci Şuşanın təbiət simvolu adlandırlır, musiqi festivalları keçirilir.