22.07.2024, 03:15
AZ EN
05.07.2023, 14:56

Dəmir yumruqlu qəhrəman

Tahirə AĞAMİRZƏ

  • Şəxsiyyətlər var ki, onların həyatı kənardan çox hamar, gözqamaşdırıcı, qayğısız, kədərsiz və problemsiz görünür....

Hələ gənc idi, önəmli bir vəzifə daşıdığında görəcəkləri işlər barədə heç kimə bir söz demirdi. Sadəcə çalışırdı, düşünürdü, yollar arayırdı və öyrənirdi yanındakı dünya şöhrətli siyasi Liderdən...

Şəxsiyyətlər var ki, onların həyatı kənardan çox hamar, gözqamaşdırıcı, qayğısız, kədərsiz və problemsiz görünür....

Valideynləri ilə hələ uşaq ikənbir sıra ölkələrdə oldu, orada yaşadı da illərlə...Amma Azərbaycanı sevdiyi kimi o gözəl ölkələrin heç birini sevmədi, Azərbaycana bağlandığı kimi heç bir ölkəyə bağlanmadı... Axı, burda Böyüklərindən eşitdiyi, öyrəndiyi çox şeylər vardı...Hələ o vaxtlardan Azərbaycanına lazım olacağını sanki hiss eləmişdi. Zaman su kimi axıb keçir, O da həyata keçirmək istədiyi arzularına, planlarına körpü salırdı oxuyub öyrəndiklərindən...

Çox çalışırdı, çox öyrənirdi. Dahi Liderdən öyrəndiklərini zərgər dəqiqliyi ilə yaddaşına həkk edirdi...Zaman su kimi axıb gedirdi...

Gözü kimi sevdiyi Vətənin bağrını yarmışdılar, sinəsini dağlamışdılar, qaysaq tutmurdu yarası...  Düşünürdü....Düşünürdü, çıxış yolu axtarırdı. Bəzən elə olurdu səhəri dirigözlü açırdı...

30 il müddətində yalnız xəyallarla, o torpaqlarla bağlı xatirələrlə yaşadıq, o saf, şirin xatirələrimizin işığında ovundurduq Vətən həsrətli könüllərimizi. Neçə-neçə Vətən həsrətli insanlar ürəyi niskilli, gözləri açıq köçdü bu dünyadan...

Amma ağlımızın kəsmədiyi bir zamanda Uca Tanrı bizə, necə deyərlər, xoşbəxtliyimizi geri qaytardı. Düşmən tapdağında inləyən, təhqir olunan, incidilən, yaralanan, tapdalanan torpaqlarımız, ata-baba yurd-yuvalarımız düşmən əsarətindən xilas edildi... Bu isə Uca Allahın yaratdığı QƏHRƏMANIN sayəsində başa gəldi...

Biz yurdundan-yuvasından zorla çıxarılmış qaçqın və məcburi köçkün həyatı sürərkən, Vətən dərdi çəkərkən, sən demə, Uca Allah bir qəhrəman yetişdirirmiş xalqımız üçün, daha doğrusu, insanlığın məhv olmaması üçün... Elə bir qəhrəman ki, bütün dünyanı belə qarşısına alacaq, hər əngəli aşacaq, hər olmaz deyiləni olduracaq, durmaz deyiləni durduracaq, aşılması mümkün olmayacaq deyiləni mümkün edəcək, önünü kəsən, yolunu bağlayan sipərləri, qalaları, səngərləri bircə YUMRUĞU ilə vurub dağıdacaq bir QƏHRƏMAN yetişdirirdi bəli. Amma bundan bircə Uca Allah xəbərdar idi. O qəhrəmanını hər türlü sınaqlara çəkir, imtahanın ən ağır dolaylarından keçirirdi. Əzimliydi, dözümlüydü, fədakardı, sözünəsadiq idi, polad kimi qəlbi vardı, poladdan daha möhkəm idi Allahın QƏHRƏMANI. Tarixdə belə qəhrəmanlara sərkərdə deyilir. O isə bütün sərkərdələrin aşa bilmədiyi sədləri, keçə bilmədiyi yollardan keçməyə özündə tam qüvvə toplamışdı. Həm siyasi yöndə, həm mənəvi yöndə, həm də ali mərhəmət yönündə ZİREHini geyinməyə hazır idi. 27-28 il müddətində çox sirrlər ona agah olmuşdu, qaranlıq mətləblərin üstünü öz dərin zəkası, təcrübəsi, istedadı, savadı, bir də Ulu Öndərdən əxz etdiyi siyasi düşüncələrlə tam mükəmməlləşmişdi. Allah QƏHRƏMANını öncə səbrlə, təmkinlə silahlandırmışdı. Ona görə də hər dəfə yurdundan, öz dədə-baba torpağından didərgin salınan bir milyondan artıq qaçqın və məcburi köçkünlərlə görüşündə, onların acı çəkən qəlbini gözləri ilə görür, duyur, sinəsində körüklənən mərhəmət hissinin aşıb kənara sıçramasına bir növ əngəl olmağa çalışırdı. Gözləri dolsa da, göz yaşlarını saxlamağı bacarırdı. Çünkü bu göz yaşlarının axmasının zamanı vardı qarşıda. Həm də bu ancaq və ancaq sevinc göz yaşları olacaqdı. Ona görə də sinəsi Vətən, torpaq yaralı insanlarla görüşəndə özünü tox tutmağa çalışırdı. Axı, ağıllarına gəlməyən, yatdıqlarında yuxularına girməyən MÜJDƏ verəcəkdi onlara. Zamanın su kimi axıb getməsini çox istəyirdi. Saatların, dəqiqələrin, saniyələrin belə dəyəri vardı onun üçün... Artıq Uca Allah QƏHRƏMANının kürəyinə sığal çəkib onu yola uğurladı...

Elə bu yerdə uzun illər yazdığım bir şeirimdə dediyim kimi:

Cənab İlham Əliyevin siyasətilə,

Düşmənlər tezliklə məğlub olacaq!

Azərbaycan güclü bir dövlət kimi,

Haqqla, ədalətlə Zəfər çalacaq!

Bəli, mənim də ürəyimə dammışdı, çünki Prezidentimə güvəncimdə heç yanılmadım, Ona bol-bol dualar edirdim, hazırda da edirəm. Vətən müharibəsinin ən ağır vaxtlarında səcdədən başımı qaldırmır, PREZİDENTİMƏ ALLAHdan  kömək diləyirdim...

Bu tarix də 2020-ci ilin 27 sentyabrının qismətinə yazıldı və sonu ZƏFƏRlə bitdi.

İlk növbədə uzun illər ərzində bəşəriyyətin üz qarası olan düşmənlərimizin, ermənilərin murdarladığı müqəddəs məkanlarımızın çirkablardan təmizlənməsinə şərait yaradıldı, işğaldan azad edilən bütün bölgələrimizdəki məscidlərimizin təmir və bərpasına başlanıldı, az bir zamanda müqəddəs ibadət yerlərimiz  öz paklığına qovuşdu, ayinlər oxundu, azanlar səsləndirildi o məkanlarda...

Sonrakı planlar da ardıcıllığı ilə həyata keçirilməyə başlanıldı...

Bir cüt göz ağlayırdı Şuşada! Həm sevincə qarışmışdı, həm kədərə bürünmüşdü Polad İradəli İNANIN ürəyi... Bir cüt göz ağlayırdı Şuşada! Həmin an da narin-narin rəhmətini yağdırırdı Uca Allah göydən yerə. Bir cüt göz ağlayırdı Şuşada! Ata vəsiyyəti yerinə yetirilmişdi bir DƏMİR YUMRUQLU övlad tərəfindən. Bir cüt göz ağlayırdı Şuşada! O, üzlərinə baxanda qəlb gözünün dolduğu, ruhunun sərgərdan olduğu bir milyondan artıq qaçqın və məcburi köçkünə verdiyi SÖZÜ tutmuşdu...Bir cüt göz ağlayırdı Şuşada! Üç mindən artıq ŞƏHİDimiz bu torpaqlar uğrunda canlarından keçmişdi... Bir cüt göz ağlayırdı Şuşada!...Vətən həsrətilə yaşayan insanların bir qismi doğma Ağalıya, Talışa, Laçına köçmüşdü  və bütünlüklə  Böyük Qayıdışın köç karvanları yol alacaq Yurda sarı. Allahın QƏHRƏMANI, Azərbaycanın Prezidenti, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə....

Tahirə AĞAMİRZƏ

SON XƏBƏRLƏR