“Erməni qartalları” Rusiya Prezidenti Vladimir Putinə Donbasa getməyə icazə verilməsi xahişi ilə məktub göndərib. "Past" qəzetnə istinadən APA bu barədə məlumat yayıb.
Məlumatda bildirilir ki, erməni muzdluların komandiri Xaçik Asryan bir neçə gün əvvəl Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinə məktub təqdim edib. Məktubda “Erməni qartalları”nın Donbasa getməyə, Ermənistanın strateji tərəfdaşı olan Rusiyanın Silahlı Qüvvələrinin tərkibində NATO və Ukraynaya qarşı vuruşmağa, Donbas əhalisini müdafiə etməyə hazır olduğu vurğulanıb.