29.03.2024, 09:22
AZ EN
09.12.2022, 16:30 268

Teatr Muzeyi “Cənnətim Qarabağ” layihəsinə yekun vurub

XƏBƏRLƏR
  • Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi “Şuşa İli” ilə bağlı müvafiq Sərəncamdan irəli gələn tədbirlər planına uyğun olaraq, bu ilə müxtəlif layihələrlə öz töhfəsini verib.

Muzeydən bildirilib ki, bu münasibətlə il ərzində bir sıra silsilə layihələr - tədbirlər, sərgilər, elmi-praktiki konfranslar həyata keçirilib.

Bunlardan biri də sosial şəbəkələr üzərindən paylaşılmış “Cənnətim Qarabağ” layihəsi olub.

“Bu layihə çərçivəsində qədim Qarabağ torpağının yetişdirdiyi ayrı-ayrı incəsənət xadimlərinin həyat və yaradıcılığına həsr olunmuş otuzdan artıq təqdimat olub. Muzeyin fondunda qorunan nadir eksponatlar əsasında hazırlanan rubrikaya son videoçarxla yekun vurulub”, - deyə qeyd olunub.

Oxşar xəbərlər