Bu barədə nazirlikdən məlumat verilib.
“On bir layihə əsasında 11 film çəkilib. Münsiflərin açıq səsverməsi yolu ilə keçirilmiş prosesdə 11 layihə (5 bədii, 4 sənədli, 2 animasiya film layihələri) qalib seçilib. Qalib ssenarilər onları təqdim etmiş müəssisə tərəfindən Mədəniyyət Nazirliyinin sifarişi və maliyyə dəstəyi əsasında istehsal olunub. Artıq layihənin iki filmi - “Tarix” və “Qarabağ nağılı” animasiya filmləri nümayiş etdirilib”, -deyə nazirlikdən bildirilib. (AZƏRTAC)