22.11.2024, 21:33
AZ EN
03.11.2022, 07:30 618

"Xarıbülbülün vətəni - Şuşa" adlı sərginin açılışı olub

XƏBƏRLƏR
  • Milli Azərbaycan Tarixi Muzeyində "Şuşa ili" çərçivəsində "Xarıbülbülün vətəni - Şuşa" adlı sərgi təşkil edilib.

Bununla əlaqədar keçirilən tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli, muzeyin baş direktoru akademik Nailə Vəlixanlı, Milli Məclisin deputatı Sevil Mikayılova, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar İncəsənət Xadimi Çingiz Fərzəliyev, həmçinin Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndələri, ictimai xadimlər, elm və mədəniyyət nümayəndələri iştirak ediblər.

Tədbiri akademik Nailə Vəlixanlı açaraq 44 günlük Vətən Müharibəsində qazanılan Qələbənin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını qeyd edib.

Vurğulanıb ki, Azərbaycanın rəşadətli ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük tarixi Qələbə qazanıb, Azərbaycan torpaqları işğaldan azad edilib.

Tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” və “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” sərəncamlarını xatırladıb, Şuşanın müxtəlif beynəlxalq festivallara, mötəbər tədbirlərə ev sahibliyi etdiyini bildirib.

İsa Həbibbəyli xatırladıb ki, Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” da elan edilib.

Qeyd edilib ki, Şuşa şəhərində böyük bərpa və quruculuq işləri aparılır.

Daha sonra qonaqlar sərgi ilə tanış olublar. Layihənin kuratoru, elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədov “Xarıbülbülün vətəni – Şuşa” sərgisində nümayiş etdirilən eksponatlardan ətraflı danışıb.

Oxşar xəbərlər