Qırğız Respublikasının sabiq mədəniyyət naziri, xalq yazıçısı və teatr xadimi Sultan Rayev TÜRKSOY-un yeni baş katibi seçilib.
TÜRKSOY üzv ölkələri mədəniyyət nazirlərinin Bursa şəhərində fövqəladə iclasında iştirakçılar yekdilliklə S.Rayevin namizədliyini dəstəkləyib. Onun sələfi Düsen Kaseinov həmin vəzifəni 14 il ərzində icra edib. ("Report")