28.04.2025, 15:13
AZ EN
28.04.2025, 10:07 291

Milli Kitabxanada “Akademik Zərifə Əliyeva” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

XƏBƏRLƏR
  • Bu gün Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın doğum günüdür. Bu münasibətlə Azərbaycan Milli Kitabxanasında tibb elmləri doktoru, oftalmoloq-alimin həyat və yaradıcılığını əks etdirən “Akademik Zərifə Əliyeva” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub.

Kitabxanadan bildirilib ki, virtual sərgidə akademik Zərifə xanım Əliyeva haqqında görkəmli şəxslərin fikirləri, müəllifi olduğu və haqqında yazılmış kitablar, həyat və fəaliyyətinə dair sənədlər, məqalələr və fotolar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilərlər.

Günel QULİYEVA

Oxşar xəbərlər