24.02.2025, 02:47
AZ EN
27.01.2025, 11:52 339

Əməkdar artist Məhəbbət Kazımovun anım günüdür

XƏBƏRLƏR
  • Bu gün Əməkdar artist Məhəbbət Kazımovun anım günüdür. Məhəbbət (əsl adı Möhübbət) Allahverdi oğlu Kazımov 1953-cü il iyul ayının 2-də Laçın rayonunun Çorman kəndində anadan olub. Ailədə səkkiz bacı, dörd qardaş olublar. Atası Allahverdi təsərrüffatla məşğul olub. Məhəbbət Kazımov ilk təhsilini Şamkənd kənd orta məktəbində alıb. Kiçik yaşlarından istedadına görə digər bacı-qardaşlarından seçilib. Musiqi təhsili alması üçün doğmalarının təkidi ilə o 1974-cü ildə Bakı şəhərinə gəlib və Asəf Zeynallı adına musiqi texnikumuna qəbul olunub. İlk muğam dərslərini Nəriman Əliyevdən öyrənib, sonradan Ağaxan Abdullayevin sinifində təhsil alıb.

1976-cı ildən professional səhnədə çıxış etməyə başlayıb. "Dan Ulduzu" ansamblının solisti olub. Azərbaycanın bir çox konsert salonlarında öz tamaşaçılarına solo konsertlər verib. Bir çox xarici ölkələrdə, Türkiyədə, Rusiyada, İranda, Çexoslovakiyada və başqa ölkələrdə qastrol səfərlərində olub. Məhəbbət Kazımov əsasən Azərbaycan milli musiqisi janrında, bir çox populyar mahnı və muğamların ifaçısı olub. Onun ən çox sevilən mahnılarından biri də "Laçınım" mahnısıdır. 2012-ci ildə Azərbaycan Respublikasının "Əməkdar artist" fəxri adına layiq görülmüşdü.

Məhəbbət Kazımov vəfat edənə qədər "Laçın" instirumental ansambılının rəhbəri olmuşdu.

1990-cı ildə ailə həyatı qurub, üç övlad atası idi.

27 yanvar 2014-cü ildə uzun sürən xəstəlikdən sonra vəfat edib. Müğənni yanvarın 28-də Xırdalan qəbiristanlığında dəfn olunub.

Ruhu şad olsun.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər