Gəncə Dövlət Filarmoniyasından bildirilib ki, "Nizami günləri" çərçivəsində Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş elmi konfrans, şairin şeirlərindən ibarət "Qiraət axşamı", muğam və klassik romanslardan ibarət konsert proqramı, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəqs heyətinin konserti, Əfrasiyab Bədəlbəylinin "Nizami" operası nümayiş etdiriləcək.
"Nizami günləri" dahi şair Nizami Gəncəvinin məqbərəsinin önündə keçiriləcək.
Hazırladı: Mina RƏŞİD